Ekspert: "Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək"

Ekspert: "Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək" Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə, Rusiya ilə Türkiyənin bununla bağlı mövqelərini yaxınlaşdırmağa kömək edəcək.
Xarici siyasət
28 Fevral , 2020 15:53
Ekspert: Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə kömək edəcək

Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə, Rusiya ilə Türkiyənin bununla bağlı mövqelərini yaxınlaşdırmağa kömək edəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Diplomatlar Assosiasiyasının sədri, fövqəladə və səlahiyyətli səfir Andrei Baklanov Türkiyə prezidentinin bu günlərdə Azərbaycana səfəri və Suriyadakı mövcud vəziyyətlə bağlı təşkil edilən Moskva – Bakı videobağlantısında bildirib.

“Bu gün bütün dünyanın diqqəti Suriyaya yönəlib. Bakı regionda sabitləşdirici amil olduğuna görə azərbaycanlı həmkarlarımızın mövqeyi Rusiya üçün maraqlıdır və Rusiyada bu mövqedən razıdırlar”, - rusiyalı diplomat qeyd edib.

Ekspertin sözlərinə görə, Suriya böhranında Türkiyə bu gün başlıca oyunçulardan biridir: “Suriya münaqişəsinin tərəfləri hərbi qarşıdurma həddinə çatıblar, lakin oyunçulardan heç biri münaqişədə maraqlı deyil”.

Rusiyalı ekspert Rusiya ilə Türkiyə arasındakı mövcud gərginliklə bağlı Azərbaycanın nadir rol oynaya biləcəyini dilə gətirib: “Bakının vasitəçilik etməsini demirəm, amma uzun müddətdən sonra ilk dəfədir İdlibdə yaranan bu qədər təhlükəli vəziyyəti sabitləşdirməyə kömək edə bilər. Həm Rusiya ilə, həm də Türkiyə ilə xüsusi etimada əsaslanan münasibətləri olan Azərbaycan vəziyyətdən çıxmağa kömək edə bilər”.

Son xəbərlər

Orphus sistemi