Ekspert: “Azərbaycan rəsmi İrəvanla münasibətlərin normallaşmasının hər zaman tərəfdarı olub”

Ekspert: “Azərbaycan rəsmi İrəvanla münasibətlərin normallaşmasının hər zaman tərəfdarı olub” “Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülh və təhlükəsizliyə dəstəyi gücləndirməyə hazır olmalıdır”.
Xarici siyasət
1 sentyabr 2022 12:48
Ekspert: “Azərbaycan rəsmi İrəvanla münasibətlərin normallaşmasının hər zaman tərəfdarı olub”

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülh və təhlükəsizliyə dəstəyi gücləndirməyə hazır olmalıdır”.

“Report” xəbər verir ki, bunu Ortaq Gələcəyə Malik Cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın onilliklər ərzində işğalçı siyasətinə baxmayaraq, ərazilərini işğaldan azad edəndən bəri İrəvanla münasibətlərin normallaşmasının hər zaman tərəfdarı və təşəbbüskarı olub: “Məhz Azərbaycan Prezidenti postmünaqişə dövründə beynəlxalq hüququn aliliyini təmin etmək üçün sülh sazişinin imzalanmasını təklif edib. Azərbaycan tərəfi azad edilmiş ərazilərdə sülh və yenidənqurma səylərini davam etdirir. Onun müsbət rolunu beynəlxalq ictimaiyyət də dəstəkləyir”.

Ekspert əlavə edib ki, Ermənistan hər zaman əldə olunan razılaşmaları pozan tərəf olub: “Ermənistan iki ölkə arasında münasibətlərin normallaşması prosesini pozmaq üçün destruktiv yanaşma nümayiş etdirir və 30 ildir ki, Azərbaycana qarşı düşmənçilik siyasəti aparır”.

Son xəbərlər

Orphus sistemi