Ekspert: “ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün daha az problem vəd edir”

Ekspert: “ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün daha az problem vəd edir” ​​​​​​​“Cənubi Qafqazın yaxın gələcəkdə yeni Amerika administrasiyasının diqqət mərkəzində olacağını qətiyyətlə söyləmək olmaz".
Xarici siyasət
8 Yanvar , 2021 11:24
Ekspert: “ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün daha az problem vəd edir”
Mixail Neyjmakov

“Cənubi Qafqazın yaxın gələcəkdə yeni Amerika administrasiyasının diqqət mərkəzində olacağını qətiyyətlə söyləmək olmaz. ABŞ-da administrasiya dəyişikliyi rəsmi Ankara və Moskvaya nisbətən Bakı üçün daha az problem vəd edir. Bayden dönəmində Vaşinqton və Tehran arasındakı münasibətlərdə həqiqətən “istiləşmə” olarsa, bu, Bakı üçün əlavə imkanlar yarada bilər”.

Bunu “Report”un Rusiya bürosuna Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

Ekspert həmçinin Bayden administrasiyasının, şübhəsiz ki, Rusiya və Türkiyə üçün danışıqlar baxımından çətin ortaq olacağını qeyd edib: “Demokratik administrasiya hər zaman siyasi hüquq və azadlıqlara riayət olunmasına daha çox diqqət yetirib, bu isə bir çox Qərb siyasətçisinin həm Türkiyə, həm də Rusiya hökumətinə etirazlar etməsi üçün çoxdankı bəhanədir”.

Neyjmakovun fikrincə, bu cür etirazlar Amerika siyasəti üçün kifayət qədər adi haldır. “Qarşıdakı həftələrdə, o cümlədən yeni prezidentin andiçmə günü Donald Tramp tərəfdarlarının növbəti aksiyalarının keçirilməsi tam mümkündür”, - ekspert hesab edir.

Qeyd edək ki, ABŞ Konqresi prezident seçkisinin nəticəsini dünən təsdiqləyib. Yanvarın 20-də Cozef Baydenin andiçmə mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi