Eka Tkeşelaşvili: “Azərbaycan regionda sülh və sabitliyə sadiqdir”

Eka Tkeşelaşvili: “Azərbaycan regionda sülh və sabitliyə sadiqdir” “Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına sadiqdir”.
Xarici siyasət
17 İyun , 2022 16:19
Eka Tkeşelaşvili: “Azərbaycan regionda sülh və sabitliyə sadiqdir”

“Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına sadiqdir”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili deyib.

“Problemlərin həlli və regionda sülhün təməlinin qoyulması üçün unikal məqam yaranıb. Biz Azərbaycanın regionda sülh və sabitliyin qurulmasına sadiq olduğunu aydın şəkildə görürük. Azərbaycan Ermənistan da daxil olmaqla, bütün ölkələrlə əməkdaşlığa hazırdır. O, Ermənistanla bütün məsələləri, o cümlədən bu dövlət ilə sərhədin delimitasiyası məsələsini həll etməyə hazırdır”, - o bildirib.

E.Tkeşelaşvilinin sözlərinə görə, Gürcüstan bu məsələdə fəal iştirak etməyə və regionun bütün ölkələrinin nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi