​Əhməd Davudoğlu: "Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz"

​Əhməd Davudoğlu: "Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz" Baş nazir: "Bir yerdəyik, həmişə də bir yerdə olacağıq"
Xarici siyasət
31 Avqust , 2015 09:52
​Əhməd Davudoğlu: Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz

Bakı. 31 avqust. REPORT.AZ/ "Türkiyə burada ikən Azərbaycanın sərhədlərində heç bir sıxıntı ola bilməz".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. 

Baş nazir 30 avqust Zəfər Bayramı münasibətilə jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan sərhədləri ilə bağlı məsələyə də toxunub: "Can Azərbaycana salamlar olsun. Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz. Bir yerdəyik, həmişə də bir yerdə olacağıq. 30 Avqust Zəfər Bayramı Azərbaycanın da bayramıdır. Azərbaycanın bayramı bizim də bayramımızdır".

Son xəbərlər

Orphus sistemi