Yuxarı

Əfqanıstanın qadın işləri naziri Azərbaycana səfər edəcək

Səfər dekabrın 16-da baş tutacaq

Bakı. 3 dekabr. REPORT.AZ / Əfqanıstanın qadın işləri naziri Dilbər Nəzəri Azərbaycana səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər dekabrın 16-da baş tutacaq.

Məlumata görə, səfər çərçivəsində D.Nəzəri bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də qadın işlərinə cavabdeh olan Azərbaycan strukturlarına baş çəkəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi