Əfqanıstan Türk Kənəşində müşahidəçi olmaq fikrindədir

Əfqanıstan Türk Kənəşində müşahidəçi olmaq fikrindədir Əfqanıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzv ölkələrilə mədəni, təhsil, iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə sözügedən təşkilatda müşahidəçi status əldə etmək arzusundadır
Xarici siyasət
5 May , 2021 15:58
Əfqanıstan Türk Kənəşində müşahidəçi olmaq fikrindədir

Əfqanıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Kənəşi) üzv ölkələrilə mədəni, təhsil, iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə sözügedən təşkilatda müşahidəçi status əldə etmək arzusundadır.

“Report” Əfqanıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Məhəmməd Hənif Ətmar tərəfindən Türk Kənəşi baş katibi Bağdad Əmreyevə ünvanlanmış məktubda bildirilir.

Cavab olaraq B.Əmreyev də Əfqanıstanın bu beynəlxalq təşkilatla və üzv ölkələrilə əməkdaşlıq əlaqələrini qurmaq və daha da genişləndirmək arzusunu yüksək qiymətləndirərək bunu regional əlaqələrin inkişafı baxımından mühüm addım olaraq dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi