Əfqanıstan prezidentinin müşaviri Bakıya səfər edəcək

Əfqanıstan prezidentinin müşaviri Bakıya səfər edəcək Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr tarixində Bakı şəhərində səfərdə
Xarici siyasət
19 dekabr 2020 13:42
Əfqanıstan prezidentinin müşaviri Bakıya səfər edəcək
Hamdullah Mohib

Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr tarixində Bakı şəhərində səfərdə olacaq.

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Səfərdə məqsəd Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə müzakirələr aparmaq, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi