Yuxarı
    Bağlamaq

    Efiopiya Azərbaycana fəxri konsul təyin edib

    Ceyhun Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Azərbaycan XİN-ə təqdim edib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunan fəxri konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş əsnasında C.Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib.

    C.Ələkbərov Fəxri Konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

    P.Mirzəzadə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

    Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə fəxri konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi