Edvard Karvardin: "Azərbaycanın 150 həkimi ana südü ilə qidalanma sahəsində treninqdən keçib"

Edvard Karvardin: "Azərbaycanın 150 həkimi ana südü ilə qidalanma sahəsində treninqdən keçib" "YUNİSEF üçün Azərbaycanda qızların əhəmiyyətinin anlaşılması vacibdir"
Xarici siyasət
10 Avqust , 2017 10:59
Edvard Karvardin: Azərbaycanın 150 həkimi ana südü ilə qidalanma sahəsində treninqdən keçib
Report.az

Bakı. 10 avqust. REPORT.AZ/ "Ötən il Azərbaycanın 150 həkimi və tibb işçisi sonradan pasientləri məlumatlandırmaq üçün ana südü ilə qidalanma sahəsində biliklərinin yaxşılaşdırılması məqsədi ilə treninqdən keçib".

Bunu "Report"a YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, təşkilat körpələrin gələcəkdə normal inkişaf etməsi üçün onların həyatının ilk 6 ayı ərzində ana südü ilə qidalanmanı əhəmiyyətli hesab edir.

E.Karvardin bildirib ki, təşkilatlar üçün həmçinin Azərbaycanda qızların əhəmiyyətinin anlaşılması məsələsi vacibdir: "Qızlar, adətən, oğlanlara yaradılan imkanları əldə etmirlər. Mənim üçün Azərbaycanın futbol üzrə 16 yaşa qədər qızlardan ibarət milli komandasının üzvlərini YUNİSEF-in ofisində qəbul etmək çox xoş oldu. Onlar qızların da belə fəaliyyətlə məşğul ola biləcəyinə dair açıq mesaj göndərdi. Biz idman məşqçilərinin proqramının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, eləcə də AFFA ilə işləyirik. Onlarla birlikdə idmana daha çox qız cəlb edə bilərik. Məncə, bu, çox vacib məqamdır, çünki bir çox ölkələrdə qızlar oğlanlarla eyni imkanlara malik olmur. Azərbaycan kimi inkişaf etmək və uğurlu olmaq istəyən ölkələrdə qızların bərabər şanslar əldə etməsi çox vacibdir".

YUNİSEF nümayəndəsi bu baxımdan 2011-ci ildə qəbul edilmiş 18 yaşından kiçik qızların nikaha daxil olmasına qadağa qoyulması ilə bağlı qanunun vacibliyini qeyd edib: "Bu, vacibdir. Çünki onların sağlamlığına zərər verilə bilır. Eyni zamanda, onlar məktəbi atmalı olurdu, işsiz qalırdı. Buna qədər oğlanlara dair eyni qərar qəbul edildiyindən qızlar həm də onlarla bərabərlik yaratmış olur".

Son xəbərlər

Orphus sistemi