Bu gün Ədirnə şəhərində Türkiyənin yerli və milli avtomobili “Togg”un təqdimat mərasimi keçirilib.
“Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisində Ədirnəni təmsil edən deputat Fatma Aksal, Ədirnə valisi Hüseyn Kürşat Kırbıyık, digər rəsmilər və mətbuat nümayəndələri iştirak ediblər.
“Togg” avtomobilinin sükanı arxasına keçən F.Aksal Ədirnə şəhərində test sürüşü həyata keçirib. Daha sonra “Togg” nümayiş olunması üçün şəhərin Səlimiyyə meydanına gətirilib.
Avtomobil böyük marağa səbəb olub və hazırda Səlimiyyə meydanına insan axını davam edir.


