Dünya Türk Forumunun rəhbəri: "Türkiyə ictimaiyyəti Azərbaycana minnətdardır"

Dünya Türk Forumunun rəhbəri: "Türkiyə ictimaiyyəti Azərbaycana minnətdardır" "Türkiyə ictimaiyyəti Azərbaycanın dar gündə də, xoş gündə də qardaşlığını göstərməsi, dəhşətli yanğınların söndürülməsi istiqamətində dəstəyinə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdardır".
Xarici siyasət
15 Avqust , 2021 17:21
Dünya Türk Forumunun rəhbəri: Türkiyə ictimaiyyəti Azərbaycana minnətdardır
Süleyman Şənsoy

"Türkiyə ictimaiyyəti Azərbaycanın dar gündə də, xoş gündə də qardaşlığını göstərməsi, dəhşətli yanğınların söndürülməsi istiqamətində dəstəyinə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdardır".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şənsoy bildirib.

Onun sözlərinə görə, meşələrdəki yanğınların söndürülməsi istiqamətində Azərbaycan və Türkiyə yanğınsöndürənlərinin birlikdə qazandığı təcrübə, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısının daha operativ sürətdə alınması üçün olduqca vacib xarakter daşıyır:

"Bu təcrübənin daha sonralar baş verə biləcək fəlakətlər zamanı inkişaf etdirilmiş əməkdaşlıq səviyyəsi üçün təməl olduğunu düşünürəm. Çünki həm dəyişməkdə olan təhlükəsizlik parametrləri, həm də iqlim dəyişikliyi ilə əlaqədar yeni təbii fəlakətlərə hazırlıq baxımından birlikdə işlənib hazırlanmalı olan çox mexanizm mövcuddur".

Süleyman Şənsoy qeyd edib ki, həm iki ölkə, həm də digər müttəfiq, qardaş ölkələr arasında belə təcrübələrin bölüşdürülməsi olduqca labüddür və istər Azərbaycanın, istərsə də Türkiyənin təcrübə mübadiləsini həyata keçirmək üçün ciddi potensial mövcuddur.

Son xəbərlər

Orphus sistemi