"Dünya dövlətləri anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir" - RƏY

"Dünya dövlətləri anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir" - RƏY "İranın Qaradənizə yeganə çıxış yolu Zəngəzur dəhlizinin üzərində yerləşən və Gürcüstandan keçən tranzit yoldur"
Xarici siyasət
135
26 May , 2021 14:18
Dünya dövlətləri anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir - RƏY
İlham Əliyev

"İkinci Qarabağ müharibəsinin nəticəsi regionda tam fərqli reallıqlar yaradıb. Artıq dünya dövlətləri də bu həqiqətləri qəbul edib. Azərbaycan Xəzər hövzəsində mühüm tərəfdaş, Qarabağda həyata keçirilən anti-terror əməliyyatının qalibidir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə sabitliyin qarantı olan bir ölkəyə çevrilib və ABŞ hökuməti bunu nəzərə alır:

"ABŞ prezidenti Cozef Baydenin cənab Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanması Amerikanın Azərbaycanla olan əməkdaşlığının bundan sonrakı dövrdə daha yüksək səviyyədə davam edəcəyinin göstəricisidir. Dünya dövlətləri anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir, bölgədəki meqalayihələrin ideya müəllifidir, həmçinin onların həyata keçirilməsində və təhlükəsizliyinin təminində vacib rola malikdir. Regiondakı tranzit lahiyələrə maraqlar Vaşinqtonu Bakı ilə əməkdaşlığına vadar edir. Milli təhlükəsizlik və strateji maraqlar ABŞ-ın Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmağına şərait yaradır. Amerika hökuməti Azərbaycanın həyata keçirdiyi iqtisadi, siyasi və sosial islahatlara dəstəyini açıq şəkildə ifadə edir və dəstəkləyir. Xüsusilə İkinci Qarabağ müharibəsinin qələbə ilə bitməsi ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlməsini təmin etdi. Bu münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Cozef Baydenin Prezident İlham Əliyevə yazdığı məktubu onu göstərir ki, qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsində ABŞ maraqlıdır. Ölkəmizin Xəzərdə aparıcı rola malik olması beynəlxalq aləmdə siyasi çəkisinin önəmini artırır.

44 günlük savaşın qalibi olan Azərbaycan Xəzər dənizi hövzəsində sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin əsas tərəfdaşıdır. Azərbaycan Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətindəki layihələrin də əsas iştirakçısıdır. Təbrik məktubu ilə Cozef Bayden Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qəbul etdiyini nümayiş etdirmiş oldu".

Deputat xatırladıb ki, ötən gün İranın Azərbaycanda səfərdə olan xarici işlər naziri Məhəmməd Cavad Zərif də Azərbaycanın torpaqlarını azad etməsi ilə bağlı təbriklərini çatdırıb:

"Bu qələbə İranın sərhəd təhlükəsizliyinin təminatçısı olub. Bu səbəbdən də İran hökuməti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı olmalıdır. Qonşu ölkə də ABŞ kimi tranzit layihələrdən kənarda qalmamaq üçün Azərbaycanla münasibətləri isti tutmağa çalışır. Çünki İranın Qaradənizə yeganə çıxış yolu Zəngəzur dəhlizinin üzərində yerləşən və Gürcüstandan keçən tranzit yoldur. Bu yolu itirməmək üçün İslam ölkəsi Azərbaycanla əlaqələri daim qorumalıdır. Hazırda dövlətimiz regionda sülhün, sabitliyin və Avropa enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Beynəlxalq aləm də bu gerçəyi qəbul edib Azərbaycana fəaliyyətində dəstək olacaq".

Son xəbərlər

Orphus sistemi