Dünya Bankının keçmiş vitse-prezidenti: "ABŞ bir gecədə ticarət müharibəsi yaratmağa cəhd edir"

Dünya Bankının keçmiş vitse-prezidenti: "ABŞ bir gecədə ticarət müharibəsi yaratmağa cəhd edir" "Siyasi, eləcə də iqtisadi əməkdaşlıq qarşılıqlı faydalı olmalıdır və heç kimə zərər verməməlidir"
Xarici siyasət
15 Mart , 2018 16:50
Dünya Bankının keçmiş vitse-prezidenti: ABŞ bir gecədə ticarət müharibəsi yaratmağa cəhd edir
Report/ Elchin Murad

Bakı. 15 mart. REPORT.AZ/ "ABŞ dünya iqtisadiyyatını nəzarət altında saxlamaq üçün bir gecədə ticarət müharibəsi yaratmağa cəhd edir".

"Report"un verdiyi xəbərə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxış edən İsveçin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, Dünya Bankının keçmiş vitse-prezidenti Mats Karllson deyib.

Onun sözlərinə görə, bu gün qloballaşma kiçik ölkələrin iqtisadiyyatlarına da mənfi təsir göstərir: "Siyasi, eləcə də iqtisadi əməkdaşlıq qarşılıqlı faydalı olmalıdır və heç kimə zərər verməməlidir".