Dünya Axıska Türkləri Birliyinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dünya Axıska Türkləri Birliyinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və təşkilatın bir qrup üzvü Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı ilə görüşüb
Xarici siyasət
28 Aprel , 2021 10:06
Dünya Axıska Türkləri Birliyinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və təşkilatın bir qrup üzvü Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

Tanışlıq xarakteri daşıyan görüşdə Z.Kassanov səfirə fəaliyyətində uğurlar arzulayıb.

O, həmçinin Dünya Axıska Türkləri Birliyinin Azərbaycandakı humanitar yardım və xeyriyyəçilik fəaliyyətləri barədə məlumat verib.

Qeyd edək ki, C.Bağçı aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycana səfir təyin olunub.

Son xəbərlər

Orphus sistemi