​Dubay əmiri Şəhidlər xiyabanını ziyarət edib

​Dubay əmiri Şəhidlər xiyabanını ziyarət edib Qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib
Xarici siyasət
1 Aprel , 2015 20:18
​Dubay əmiri Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktum aprelin 1-də Şəhidlər xiyabanını ziyarət edib.

"Report"un məlumatına görə, burada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktum Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi