ÜST rəhbəri: "Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə təşəkkür etdim"

ÜST rəhbəri: "Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə təşəkkür etdim" “Prezident İlham Əliyevlə "VaccinEquity" barədə çox konstruktiv dialoq apardıq
Xarici siyasət
188
5 Aprel , 2021 14:59
ÜST rəhbəri: Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə təşəkkür etdim
Tedros Adhanom Gebreyesus

“Azərbaycan Prezidentilə bu həftə söhbət zamanı fürsətdən istifadə edərək COVID-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi üçün, ÜST ilə əməkdaşlığa görə, "VaccinEquity"in müdafiəsinə, Qoşulmama Hərəkatı ölkələri arasında həmrəyliyə göstərdikləri dəstəyə görə təşəkkür etdim”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus tvitter səhifəsindən bildirib.

“Prezident İlham Əliyevlə "VaccinEquity" barədə çox konstruktiv dialoq apardıq. Öhdəliklərinə görə təşəkkür edərək ÜST-COVAX tərəfdaşlığının qarşıdakı bir neçə gün ərzində Azərbaycana ilk peyvəndi qəbul edərək yerləşdirməsində dəstək verməyə hazır olduğuna dair arxayın etdim. Bir yerdəyik!”, - təşkilat rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi