Yuxarı

Drezdendə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb

Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gündən Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb. "Report"un xəbərinə görə, bunu jurnalistlərlə söhbətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib.

O deyib ki, gələcək aylarda Azərbaycanın rayonlarında, eləcə də Rusiya, Portuqaliya İsveçrə və s . ölkələrdə də bu cür filiallar yaradılacaq. "Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır", - K.Abdullayev əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi