Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb

Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Xarici siyasət
3 sentyabr 2022 12:05
Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb
İlham Əliyev

Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiqlənib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi