Dövlətlərarası Aviasiya Komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.
Xarici siyasət
24 Dekabr , 2017 13:15
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, məktubda deyilir:

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin çoxşaxəli və Azərbaycanın firavanlığı naminə yorulmaz fəaliyyətiniz ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və xanımınız Mehriban Arif qızına möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Son xəbərlər

Orphus sistemi