Yuxarı

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Qazaxıstana gedib

Səfər noyabrın 12-dək davam edəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün Qazaxıstana gedib. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata görə, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Səfər noyabrın 12-dək davam edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi