Azərbaycan ilə Britaniya arasında təhlükəsizlik məsələləri müzakirə edilib - YENİLƏNİB
Azərbaycan ilə Britaniya arasında təhlükəsizlik məsələləri müzakirə edilib - YENİLƏNİB“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”.
“Bu gün Londonda Azərbaycan - Birləşmiş Krallıq Strateji Dialoqu çərçivəsində Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə fikir mübadiləsi aparmaq xoşdur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb.
“Azərbaycan və Böyük Britaniya ticarət, enerji və təhlükəsizlik sahələrində sabit tərəfdaşlardır. Biz sıx əməkdaşlığın vacibliyini müzakirə etdik”, - Azərbaycanın xarici işlər naziri qeyd edib.
Good to exchange views today with UK Minister for Europe @LeoDochertyUK, at the #Azerbaijan-United Kingdom Strategic Dialogue in London.
Azerbaijan and the UK are steadfast partners across trade, energy and security. We discussed the importance of close cooperation. pic.twitter.com/tLFWzerFEL
“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”.
“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti tviter hesabında yazıb.
“Beşinci strateji dialoq zamanı Böyük Britaniya-Azərbaycan arasında tərəfdaşlığın genişliyini müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya və Azərbaycan arasında təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”, - Leo Dokerti bildirib.
The UK and Azerbaijan are tackling global threats together.
I had the pleasure to host @Bayramov_Jeyhun to discuss the breadth of the UK-Azerbaijan partnership during our 5th strategic dialogue.