Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
4 May , 2017 20:22
Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 4 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətininrəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Xidmətdən "Report"a verilən məlumata görə, görüşdə miqrasiya qanunvericiliyi, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Xidmət rəisi Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən söhbət açıb, əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasətin bir nümunə olduğunu söyləyib.

F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Görüşdə Türkiyədən olan iş adamlarına ölkəmizdə yaradılmış şəraitdən məmnunluq ifadə olunub.

Səfir Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin sağlam və davamlı inkişafından bəhs edib. İki öl­kə ara­sın­da əla­qə­lə­rin, o cümlədən miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın da­ha da möhkəmləndirilməsi na­mi­nə səy­lə­ri­ni əsirgəməyə­cə­yi­ni vurğulayıb.

Son xəbərlər

Orphus sistemi