Yuxarı

Dövlət Miqrasiya Xidmətinin rəisi ABŞ-a gedəcək

Firudin Nəbiyev BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak edəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev sentyabrın 19-da ABŞ-a gedəcək. 

Xidmətdən "Report"a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə iştirak edəcək.

Məlumata görə, BMT Baş Assambleyası prezidentinin sədrlik edəcəyi görüşün keçirilməsində məqsəd qeyd edilən sahədə daha humanist və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması üçün ölkələrin bir araya gətirilməsidir.

Plenar iclas və altı interaktiv "dəyirmi masa" formatında keçiriləcək görüşdə bir sıra dövlət və hökumət başçıları, nazirlər, elmi-tədqiqat mərkəzləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

"Dəyirmi masa"larda böyük qaçqın axınlarının aradan qaldırılması, miqrasiya, xüsusilə böyük miqrant axınlarının səbəblərinin aradan qaldırılması və miqrantların verdiyi müsbət töhfələrinvurğulanması kimi vacib məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi