Dövlət Miqrasiya Xidməti: "Azərbaycana gələn əməkçi miqrantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur"

Dövlət Miqrasiya Xidməti: "Azərbaycana gələn əməkçi miqrantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur" Azərbaycan 4 ildən bir BMT-nin müvafiq komitəsində hesabat verir
Xarici siyasət
21 Noyabr , 2014 16:03
Dövlət Miqrasiya Xidməti: Azərbaycana gələn əməkçi miqrantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycana gələn əməkçi miqrantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur.

"Report" xəbər verir ki, bunu Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələrin Sosial Siyasət Komitələri rəhbərlərinin 2-ci toplantısında Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib.

O qeyd edib ki, Azərbaycan 4 ildən bir BMT-nin müvafiq komitəsində hesabat verir: "Sonuncu hesabat komitə tərəfindən qəbul edilib və buna yüksək səviyyədə qiymət verilib".

P.Musayev deyib ki, Azərbaycanda əməkçi miqrantların qəbul edilməsi və onlar üçün müvafiq şəraitin yaradılması Miqrasiya Məcəlləsinə əsasən tənzimlənir və sonuncu dəyişikliklərdən sonra bu proses daha da sadələşdirilib: "Əgər onların 5 il Azərbaycanda işlədikdən sonra 1 il öz ölkəsində qalmaqla yenidən Azərbaycana qayıtmaları nəzərdə tutulurdusa, indi bu məsələ aradan qaldırılıb. Azərbaycanda nikaha girənlər və sahibkarlıqla məşğul olan miqrantlar xüsusi icazə almadan istədikləri işlərlə məşğul ola bilirlər. Biz dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə bu problemlərin aradan qaldırılması üçün fəaliyyət göstəririk. Hesab edirəm ki, biz bu problemlərin həllinə nail olacağıq".

Son xəbərlər

Orphus sistemi