Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib Bakı. 10 avqust. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Xarici siyasət
10 Avqust , 2018 14:39
Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Report

Bakı. 10 avqust. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

"Report" xəbərinə görə, müraciətdə qeyd olunub ki, 1990-cı illərdə Azərbaycandan Türkiyəyə köçən və hazırda orada müvafiq sənədləri olmadan yaşayan Azərbaycan vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada müraciət edə bilərlər.

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları bu elektron ünvan vasitəsilə mövcud problemlərini müvafiq qurumlara çatdıra bilərlər. http://www.bpqmi.gov.az/?/az/requestdoc/

Son xəbərlər

Orphus sistemi