Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır

Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması səbəblərinin araşdırılmasında dəstək verməyə hazır olduğunu bəyan edib.
Xarici siyasət
22 Yanvar , 2025 16:37
Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır
Devid Ləmmi

Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasında dəstək verməyə hazır olduğunu bəyan edib.

“Report”un məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib.

Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi