Dövlət katibi: "ASAN Xidmət"in təcrübəsindən Fransada da yararlana bilərik"

Dövlət katibi: "ASAN Xidmət"in təcrübəsindən Fransada da yararlana bilərik" "Azərbaycan və Fransa arasındakı əlaqələr yaxşı səviyyədədir"
Xarici siyasət
9 Fevral , 2017 11:51
Dövlət katibi: ASAN Xidmətin təcrübəsindən Fransada da yararlana bilərik

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycan və Fransa arasındakı əlaqələr yaxşı səviyyədədir".

"Report" xəbər verir ki, bunu Fransanın baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jan-Vensan Plyase Bakı Fransız Liseyinə səfəri zamanı deyib.

O, iki ölkə rəsmiləri tərəfindən müxtəlif səviyyələrdə edilən səfərləri xatırladaraq, bunun ikitərəfli əlaqələrdəki fəallığın nümunəsi olduğunu bildirib.

J.V.Plyase səfərinin əsas məqsədinin "ASAN Xidmət" ilə tanışlıq və vətəndaşlara ictimai xidmətlərin göstərilməsi sadələşdirilməsi sahəsində təcrübə mübadiləsi olduğunu qeyd edib: "ASAN Xidmət"in səyyar avtobusları ideyası xoşumuza gəldi, bu təcrübədən Fransada da yararlana bilərik".

O, Azərbaycan Prezidenti, "ASAN Xidmət"in rəhbəri ilə görüşdüyünü və Azərbaycanın xarici işlər naziri ilə də görüşmək niyyətində olduğunu vurğulayıb.

Dövlət naziri həmçinin Bakı Fransız Liseyinə səfərinin təəssüratlarını bölüşüb. O, Azərbaycanda multikulturalizm nümunəsi olan bu layihədə əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, dövlət katibi bu gün həmçinin Azərbaycan-Fransa Universiteti ilə də tanış olacaq.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi