Dövlət katibi: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək”

Dövlət katibi: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək” İlham Əliyev təbrik məktubuna görə Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib
Xarici siyasət
10 İyul , 2017 12:53
Dövlət katibi: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək”
President.az

Bakı. 10 iyul. REPORT.AZ/ “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək”.

“Report”un xəbərinə görə, bunu İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

Qeyd edək ki, görüşdə Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb. Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi