Dövlət Dumasının sədri: "Azərbaycan və Rusiya bir-birinə ortaq tarix və gələcəklə bağlıdır"

Dövlət Dumasının sədri: "Azərbaycan və Rusiya bir-birinə ortaq tarix və gələcəklə bağlıdır" Vyaçeslav Volodin: "Azərbaycan vətəndaşlarını Rusiyaya səfərə dəvət edirik"
Xarici siyasət
7 Fevral , 2018 14:12
Dövlət Dumasının sədri: Azərbaycan və Rusiya bir-birinə ortaq tarix və gələcəklə bağlıdır

Moskva. 7 fevral. REPORT.AZ/ "Azərbaycan və Rusiya bir-birinə ortaq tarix və ortaq gələcəklə bağlıdır."

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Moskvada iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışında deyib.

"Bugünkü tədbir xatırlanası, müzakirə ediləsi və gələcəklə bağlı planlar qurulacaq məsələlərin olduğunu göstərir. Sərgi Azərbaycanın zəngin mədəni irsini, eləcə də ölkənin turizm imkanlarını göstərir", - V.Volodin bildirib.

"Azərbaycan kurortlarının rusiyalıları qəbul etməyə hazır olduğunu bilirəm. Biz isə Azərbaycan vətəndaşlarını Rusiyaya səfərə dəvət edirik", - o diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi