Dövlət Dumasının komitə sədri: “Heydər Əliyevin xatirəsi əsrlər boyu yaşayacaq”

Dövlət Dumasının komitə sədri: “Heydər Əliyevin xatirəsi əsrlər boyu yaşayacaq” "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi əsrlər boyu yaşayacaq".
Xarici siyasət
12 Dekabr , 2022 10:30
Dövlət Dumasının komitə sədri: “Heydər Əliyevin xatirəsi əsrlər boyu yaşayacaq”

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi əsrlər boyu yaşayacaq".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Dövlət Duması Federal Məclisinin Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutskiy bildirib.

O deyib ki, müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin yaratdığı bünövrə üzərində qurulub: “Bu gün biz müasir Azərbaycan dövlətinin banisini, Sovet İttifaqı və onun elm sənayesi, sovet iqtisadiyyatının ən mühüm sahələrinin və istiqamətlərinin inkişafı üçün çox işlər görmüş insanı anırıq. Müasir Azərbaycan yaşamaq üçün cəlbedici ölkədir. Heydər Əliyevi xatırlayaraq demək istərdim ki, bu gün onun ideyaları və planları həyata keçirilir. Azərbaycan uzun müddətdir ki, dünyanın bir çox ölkələrini enerji ilə təmin edən və heç bir dövlətdən enerji asılılığı olmayan dövlətə çevrilib. Qarabağ da öz Vətəninə qayıtdı və bununla da, Cənubi Qafqazın ən dəhşətli münaqişəsi həll olundu. Heydər Əliyev onun işini davam etdirən, xalqını və ölkəsini tərəqqi yolu ilə inamla aparan oğlu ilə tam fəxr edə bilər”.

L.Slutskiy Azərbaycanın Rusiyanın ən etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Bu gün dünyada Azərbaycanı tanıyır, sevir və ona hörmət edirlər”.

Xatırladaq ki, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür.

Son xəbərlər

Orphus sistemi