Dövlət Dumasının komitə rəhbəri: "Rusiya rəsmi Bakının təşəbbüslərini məmnuniyyətlə dəstəkləyəcək"

Dövlət Dumasının komitə rəhbəri: "Rusiya rəsmi Bakının təşəbbüslərini məmnuniyyətlə dəstəkləyəcək" Leonid Kalaşnikov: "MDB-nin bəzi ölkələrinin hələ Azərbaycan nümunəsindən öyrənməsi lazımdır"
Xarici siyasət
17 Fevral , 2017 17:58
Dövlət Dumasının komitə rəhbəri: Rusiya rəsmi Bakının təşəbbüslərini məmnuniyyətlə dəstəkləyəcək

Moskva. 17 fevral. REPORT.AZ/ "Rusiya görüşlərin keçirilməsi üçün platforma təşkil etməklə bağlı Bakının təşəbbüslərini məmnuniyyətlə dəstəkləyəcək".

Bunu "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya və ABŞ Baş Qərargah rəislərinin dünən Bakıda keçirilmiş görüşünü şərh edərkən deyib.

"Rusiya Baş Qərargah rəisi və ABŞ-ın Baş Qərargahlar rəisi arasında aparılan danışıqlar göstərir ki, bu təcrübədən gələcəkdə də istifadə edilə bilər. Minskin Ukrayna böhranı, Astananın Suriya məsələsi ilə bağlı addımları kimi, Bakı da bu cür görüşlərin keçirilməsinin təşəbbüskarı olsa, Rusiya məmnuniyyətlə bunu dəstəkləyər. Çünki Azərbaycan bizim üçün yalnız aydın mövqeyi olan dost ölkə demək deyil, həm də humanitar və mədəni sahələrdə inkişaf etmiş ənənələri olan bir ölkədir. MDB-nin bəzi ölkələrinin hələ Azərbaycan nümunəsindən öyrənməsi lazımdır" - L.Kalaşnikov bildirib.

Son xəbərlər

Orphus sistemi