Dövlət Dumasının deputatı: "Konvensiyanın imzalanması beynəlxalq arenada Xəzəryanı ölkələrin mövqelərini möhkəmləndirəcək"

Dövlət Dumasının deputatı: "Konvensiyanın imzalanması beynəlxalq arenada Xəzəryanı ölkələrin mövqelərini möhkəmləndirəcək" Bakı. 13 avqust. REPORT.AZ/ Xəzərin hüquqi statusu üzrə Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin qarşılıqlı etimad səviyyəsini artırır və birgə layihələrin həyata keçirilməsi üçün stimul verir.
Xarici siyasət
13 Avqust , 2018 16:37
Dövlət Dumasının deputatı: Konvensiyanın imzalanması beynəlxalq arenada Xəzəryanı ölkələrin mövqelərini möhkəmləndirəcək

Bakı. 13 avqust. REPORT.AZ/ Xəzərin hüquqi statusu üzrə Konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin qarşılıqlı etimad səviyyəsini artırır və birgə layihələrin həyata keçirilməsi üçün stimul verir.

"Report" Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Komitəsinin üzvü Sergey Jeleznyak Aktauda keçirilmiş V Xəzər sammitinin nəticələrini şərh edərkən bildirib.

"Bəyannamədə göstərilən hərbi-siyasi sahədə qarşılıqlı əməkdaşlığa hazırlıq regionda və beynəlxalq səviyyədə Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistanın mövqeyini gücləndirəcək", - S.Jeleznyak deyib.

Parlamentari həmçinin region ölkələri ilə tərəfdaşlığın daha dinamik olacağına, o cümlədən Xəzəryanı ölkələrin OPEC və digər beynəlxalq təşkilatlar çərçivəsində neft-qaz sahəsində səylərini daha fəal koordinasiya edəcəklərinə, eləcə də dəniz nəqliyyatı və limanların inkişafı sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərinə əminliyini ifadə edib.

"Xəzər dənizinin hüquqi statusu haqqında sazişin əldə olunması regionun investisiya cəlbediciliyini artıracaq, iqtisadi aktivliyə yardım edəcək, humanitar sferada, təhsil, mədəniyyət və ölkəmizin regionları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığı təşviq edəcək", - rusiyalı deputat fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi