“Heydər Əliyev Rusiya üçün çox şey edib və biz hələ də onun əməyinin bəhrəsini görürük”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının deputatı Leonid Kalaşnikov söyləyib.
Siyasətçi qeyd edib ki, Heydər Əliyev öz hakimiyyətindən Azərbaycanın səadəti üçün istifadə edib və bu səbəbdən o, ölkəsindəki bu cür sevgiyə layiqdir.
Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.