Dövlət Departamentinin xüsusi elçisi: ​"ABŞ Azərbaycanın gələcək layihələrinə dəstək verəcək"

Dövlət Departamentinin xüsusi elçisi: ​"ABŞ Azərbaycanın gələcək layihələrinə dəstək verəcək" Amos Hokstayn: "İki ölkə arasında xoş münasibətlər və güclü tərəfdaşlıq mövcuddur"
Xarici siyasət
11 İyul , 2015 15:47
Dövlət Departamentinin xüsusi elçisi: ​ABŞ Azərbaycanın gələcək layihələrinə dəstək verəcək

Bakı.11 iyul. Report.az/ "Cənub Qaz Dəhlizi həm kommersiya, texniki, həm də siyasi, diplomatik baxımdan mürəkkəbliyi ilə seçilən bir layihədir. ABŞ bu layihəyə bilavasitə diplomatik dəstək verir".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Cənub Qaz Dəhlizi bilavasitə Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir: "Biz ABŞ-ın təmsil olunduğu bütün qurumlarda bu layihəyə yardımı davam etdirəcəyik və bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında açar olduğunu, buna öz töhfəsini verdiyini deyəcəyik. Hazırda artıq Cənub Qaz Dəhlizinin tikintisinə başlanılıb. ABŞ Azərbaycanın gələcək layihələrinə də dəstək verəcək".

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü deyən Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi qeyd edib ki, görüşdə enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. 

O, həmçinin Azərbaycanla ABŞ arasında xoş münasibətlərin və güclü tərəfdaşlığın olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi