“Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və biz çox yaxın dost, tərəfdaş və qardaş ölkələrik. Mən bu əlaqələri qardaşlıq əlaqələri adlandırardım”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçısı bildirib: “Biz beynəlxalq institutlarda bir-birimizi dəstəkləyirik. Biz
Onlar “ACWA Power” və “Masdar”ın burada olduqlarını, yüz milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə etibar etdiklərini görəcəklər. Buna görə bir çox digər investorlar da sizin arxanızca gələcəklər. Həmçinin tərəfdaşların seçilməsi prosesində biz artıq bu sahəyə marağın olduğunu gördük. Bu maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin şaxələndirilmiş infrastruktur, ixrac imkanları. Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan enerji sektorunda. Beləliklə, bu layihə bizim üçün çox vacibdir. Sizə bu qərarı verdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu cür böyük qərarlar hökumətin dəstəyi ilə verilir. Bilirik ki, Səudiyyə Ərəbistanının hökuməti bu qərarı dəstəkləyir və buna görə çox minnətdarıq. Bu, bizim aramızdakı yaxın dostluq əlaqələrimizin daha bir əlamətidir”.