Yuxarı

​Dövlət başçısı Müqəddəs Sofiya kilsəsində olub

İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

"Report" xəbər verir ki, kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlət başçısına məlumat verilib ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir.

Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib. Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi