BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi yaradılıb

BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi yaradılıb Prezident İlham Əliyev "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Xarici siyasət
26 Noyabr , 2022 16:25
BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi yaradılıb
İlham Əliyev

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.

"Report" xəbər verir ki, bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.

Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi