Donald Tusk: "Bu, Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir"

Donald Tusk: "Bu, Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir" Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir.
Xarici siyasət
9 İyul , 2019 15:34
Donald Tusk: Bu, Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir

"Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir". 

"Report"un məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib. 

"Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır. Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir", - D.Tusk bildirib.

Son xəbərlər

Orphus sistemi