Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb

Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb Bakı. 13 oktyabr. REPORT.AZ/ “Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”.
Xarici siyasət
13 Oktyabr , 2018 09:56
Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”, - deyə o vurğulayıb.

Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq

Son xəbərlər

Orphus sistemi