DMX: Azərbaycan miqrasiya məsələsinə böyük diqqət ayırır

DMX: Azərbaycan miqrasiya məsələsinə böyük diqqət ayırır "Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib
Xarici siyasət
1 Fevral , 2016 11:03
DMX: Azərbaycan miqrasiya məsələsinə böyük diqqət ayırır

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycan miqrasiya məsələsinə böyük diqqət ayırır".

"Report" xəbər verir ki, bunu "Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimat mərasimində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.

Onun sözlərinə görə, qurulduğu gündən bu yana dövlət strukturu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edib. O, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkənin öz torpaqlarını tərk etməli olan 1 milyon qaçqınla qarşı-qarşıya qaldığını xatırladıb: "Azərbaycan bu şəxslərin yerləşdirilməsi məsələsini həll etmək üçün beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edib. Onların köməyi olmadan bu məsələni həll etmək, qida və içki təminatı çətin olardı".

Son xəbərlər

Orphus sistemi