Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, daha sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir.