Dmitri Medvedev Prezident İlham Əliyevə telefonla zəng edib

Dmitri Medvedev Prezident İlham Əliyevə telefonla zəng edib Rusiyanın baş naziri Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
24 Dekabr , 2016 13:53
Dmitri Medvedev Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. 24 dekabr.REPORT.AZ/ Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi