Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
21 Dekabr , 2018 20:41
Rusiyanın hökumət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.

Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Son xəbərlər

Orphus sistemi