Dmitri Medvedev Azərbaycan məhsullarının Rusiyaya aparılmasını asanlaşdıran sərəncam imzalayıb

Dmitri Medvedev Azərbaycan məhsullarının Rusiyaya aparılmasını asanlaşdıran sərəncam imzalayıb Protokolun imzalanması bir sıra məhsulların Azərbaycan-Rusiya dövlət sərhədindən keçirilməsini sürətləndirəcək
Xarici siyasət
6 May , 2015 15:31
Dmitri Medvedev Azərbaycan məhsullarının Rusiyaya aparılmasını asanlaşdıran sərəncam imzalayıb

Bakı. 6 may. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Gömrük Xidməti ilə bir sıra məhsullara gömrük nəzarətinin qarşılıqlı tanınması barədə protokolun qəbul edilməsinə dair danışıqlar aparılması haqqında Rusiya Federal Gömrük Xidmətinin təklifini təsdiqləyən sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, Rusiya hökumətinin rəsmi saytında yerləşdirilmiş sərəncama görə, danışıqlar Azərbaycandan Rusiyaya gətirilən meyvə və tərəvəz, gül, göyərti, bitkilər və bu məhsulların emalından əldə olunan mallar və digər ərzaq məhsullarının yalnız Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanılmaqla Rusiya ərazisinə keçirilməsinə imkan verən protokolun imzalanması üçün aparılacaq.

Protokolun imzalanması bir sıra məhsulların Azərbaycan-Rusiya dövlət sərhədindən keçirilməsinin sürətləndirilməsinə, eləcə də gömrük nəzarətinin səmərəliliyinin artırılmasına və Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək.

Son xəbərlər

Orphus sistemi