Dirk Şubel: "Azərbaycan tərəfinin marağının artmasını görməyimizə şadıq"

Dirk Şubel: "Azərbaycan tərəfinin marağının artmasını görməyimizə şadıq" "Azərbaycan-Avropa İttifaqı alt komitəsi çərçivəsində çox maraqlı müzakirələr aparılıb"
Xarici siyasət
27 Yanvar , 2017 18:00
Dirk Şubel: Azərbaycan tərəfinin marağının artmasını görməyimizə şadıq

Bakı. 27 yanvar. REPORT.AZ/ Energetika, nəqliyyat və ətraf mühit üzrə Azərbaycan-Avropa İttifaqı alt komitəsinin Bakıda keçirilən ikigünlük iclası çox intensiv olub.

"Report" xəbər verir ki, bunu Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, son üç ildə ilk görüş olub: "Çox intensiv müzakirələr keçirildi. Azərbaycan tərəfinin yalnız energetika sahəsində deyil, həmçinin digər sahələrdə, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və s. məsələlərdə marağının artmasını görməyimizə şadıq".

D.Şubel qeyd edib ki, görüş zamanı həmçinin nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. O, Azərbaycanın Avropa və Asiya arasında mühüm əlaqələndirici həlqə kimi rolunu qeyd edib: "Azərbaycan tərəfi ilə görüşə 40-a yaxın iştirakçını qatılıb və biz belə görüşlərin ildə bir dəfə keçirilməsində maraqlıyıq."

Son xəbərlər

Orphus sistemi