"BMT-nin Əhali Fondu Azərbaycanın güclü tərəfdaşıdır".
"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə direktoru Mariaç A.Khan dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məişət zorakılığı yalnız qadınlarla bağlı deyil, həm də insan hüquqları ilə bağlı problemdir:
“Bəziləri zorakılıq faktlarını gizlətsə də, aparılan araşdırmalar çox sayda qadının zorakılığa məruz qaldığını göstərir. Məişət zorakılığının qarşısını almağa müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Məktəblərdə bununla bağlı maarifləndirmə aparmalıyıq. Kişilərin və oğlan uşaqlarının bu prosesə qoşulması çox vacibdir”.