Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcək Aİ səfiri: "Azərbaycan öz dini tolerantlığı ilə məşhurdur"
Xarici siyasət
20 Sentyabr , 2017 15:42
Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın dini konfessiyalarının liderləri gələn həftə Brüsselə səfər edəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif dini konfessiyalarının rəhbərlərinin bu cür səfəri ilk dəfədir ki, baş tutur: "Azərbaycan öz dini tolerantlığı ilə məşhurdur və hazırki səfər bu istiqamət üzrə öz töhfəsini verəcək. Aİ tolerantlıq məsələsinə xüsusi diqqət yetirir və oktyabr ayında Bakıda "İmagine" adlı tolerantlıq festivalı keçirməyi planlaşdırır. 

Səfər sentyabrın 25-dən 28-dək olan müddəti əhatə edəcək.

Səfər çərçivəsində dini liderlər Aİ-nin Xarici Siyasət Xidmətində, Avropa Parlamentində, NATO-nun Mənzil-Qərargahında olacaq.

Son xəbərlər

Orphus sistemi