Din Tao: Biz hər zaman Azərbaycanla əməkdaşlığa açığıq

Din Tao: Biz hər zaman Azərbaycanla əməkdaşlığa açığıq Çin şirkətlərinin və Çin Energetika Nazirliyinin nümayəndələri Cənub Qaz Dəhlizi ilə bağlı gözlənilən toplantıya dəvət alsalar, iştirak edərlər.
Xarici siyasət
13 mart 2025 16:40
Din Tao: Biz hər zaman Azərbaycanla əməkdaşlığa açığıq

Çin şirkətlərinin və Çin Energetika Nazirliyinin nümayəndələri Cənub Qaz Dəhlizi ilə bağlı gözlənilən toplantıya dəvət alsalar, iştirak edərlər.

Bunu “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao deyib.

O qeyd edib ki, həm Çin hökuməti, həm də yeni enerji şirkətləri Azərbaycan bazarına böyük maraq göstərirlər:

“Bəzi şirkətlər artıq burada ofis açıblar və təkcə enerji sahəsində deyil, tikinti sektorunda da fəaliyyət göstərirlər. Biz hər zaman Azərbaycanda əməkdaşlığa açığıq və əgər ehtiyac yaranarsa, düşünürəm ki, Çin şirkətləri yaxşı bir görüş keçirib əməkdaşlıq qurmağa və onu genişləndirməyə hazır olacaqlar”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi