Diaspor təşkilatlarımız Niderland parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Diaspor təşkilatlarımız Niderland parlamentini Xocalı soyqırımını tanımağa çağırıb Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası Niderland parlamentini (Tweedekamer) və Senatını Xocalı soyqırımını tanımağa çağırıb
Xarici siyasət
25 Fevral , 2021 21:57
Diaspor təşkilatlarımız Niderland parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası Niderland parlamentini (Tweedekamer) və Senatını Xocalı soyqırımını tanımağa çağırıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Koordinasiya Şurasına daxil olan diaspor təşkilatları adından Niderland parlamentinə ünvanlanan bəyanatda bildirilib ki, XX əsrin sonunda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində etnik və nifrət zəminində törətdikləri dəhşətli soyqırıma indiyədək Niderland parlamentində hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur: "Niderland Krallığı dünyada demokratiya, ədalət və insan hüquqları üzrə aparıcı dövlət olduğundan ölkə parlamentinin Xocalı soyqırımını müzakirəyə çıxarmasını tələb edirik. Ümid edirik ki, parlamentin səlahiyyət müddətinin başa çatmasına qədər ədalət naminə bu müzakirələr gerçəkləşdirilə bilər".

Xocalı soyqırımı barədə susmağın yeni cinayətlərin törədilməsinə zəmin yaratdığına diqqəti cəlb edən soydaşlarımız niderlandlı deputatları insanlıq naminə susmamağa, günahsız insanlara qarşı törədilən soyqırımın tanınması haqda məsələni parlamentin iclasında müzakirə etməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi